Prokurorluğa hansı qaydada operativ müraciət edilə bilər? - VİDEO

 Prokurorluğa hansı qaydada operativ müraciət edilə bilər? -    VİDEO
  09 Mart 2021    Oxunub:2745
Ölkəmizdə həyata keçirilən uğurlu islahatlar nəticəsində səmərəli idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində operativliyin artırılması, vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində müsbət nailiyyətlər əldə edilib.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən kompleks islahatlar prokurorluq orqanlarında da davam etdirilməklə modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılmaqdadır:

"Aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərlə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən müxtəlif maarifləndirici videoçarxlar hazırlanaraq ictimailəşdirilir.

Hazırkı təqdim olunan videoda isə vətəndaşların prokurorluq orqanlarına operativ müraciət üsulları ilə bağlı izah verilib. Videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz".



Azvision.az


Teqlər: Prokurorluq   Müraciət  





Xəbər lenti