Alimentin dövlət tərəfindən ödənilməsi təklif olunur

Alimentin dövlət tərəfindən ödənilməsi təklif olunur
  09 Mart 2021    Oxunub:6948
Uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmin (Aliment Fondunun) yaradılması təklif edilir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanda insan hüquqlarının qorunması haqqında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində qeyd edilib.

Bildirilib ki, məhkəmə qətnamələrinə əsasən, borclu dövlət qurumları tərəfindən vətəndaşlara ödənilməli olan vəsaitlərin ödənişinin təmin edilməsi məqsədilə həmin qurumlara müvafiq maliyyə vəsaitinin ayrılması üzrə mexanizmin hazırlansın və tətbiq edilsin.

Azvision.az


Teqlər: Alimnet   Fond   Ombudsman   Təklif  





Xəbər lenti