Pensiya ilə bağlı təklif: Əmək müqaviləsi ləğv edilməsin!

    Pensiya ilə bağlı təklif:   Əmək müqaviləsi ləğv edilməsin!
  09 Mart 2021    Oxunub:8502
İşçilərin ixtisarı zamanı pensiya yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması təklif edilir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.

Qeyd olunub ki, işçilərin ixtisarı zamanı pensiya yaşının çatmasına azı 5-7 il qalmış işçilərin əmək və sosial təminat hüquqlarının müdafiəsi məqsədi ilə yaşa görə əmək pensiyası yaşına çatmasına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunsun və bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə müvafiq əlavələr edilsin. İşləyən pensiyaçıların sosial təminat hüququnun səmərəli təmin edilməsi və onların məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilməsi məqsədilə “Sosial sığorta haqqında” qanuna müvafiq dəyişikliklər edilsin.

Bundan əlavə, vurğulanıb ki, ödəmə qabiliyyətini itirmiş qeyri-dövlət müəssisələri tərəfindən işçilərə əmək haqları üzrə və istehsalatda alınmış xəsarətlərə görə borcların ödənilməsi məqsədi ilə dövlət təminat sisteminin yaradılsın və bununla bağlı zəruri mexanizmlər hazırlansın.

Azvision.az


Teqlər: Pensiya   Təklif   Ombudsman  





Xəbər lenti