Ohanyanın səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi

Ohanyanın səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi
  09 Mart 2021    Oxunub:3919
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan xəstəxanaya yerləşdirilib.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın və digərlərinin işi üzrə məhkəmədə onun vəkili Karen Mejlumyan bildirib.
Vəkilin sözlərinə görə, Ohanyan səhhətinin pisləşməsi səbəbindən martın 7-də xəstəxanaya yerləşdirilib. Onun nə vaxt evə buraxılacağı barədə dəqiq məlumat yoxdur.

Məhkəmə iclası martın 16-na təxirə salınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SeyranOhanyan  





Xəbər lenti