Başına dəmir düşən qadının ölümünə görə cinayət işi açıldı

 Başına dəmir düşən qadının ölümünə görə cinayət işi açıldı
  09 Mart 2021    Oxunub:2728
Martın 7-də saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi 1 ünvanında 1 nəfər qadının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Azvision.az -a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Məktəblilərin cərəyan nəticəsində ölümü ilə bağlı cinayət işi açılıb
İlkin araşdırmalarla müəyyən edilib ki, 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızı qeyd edilən ünvanda piyada hərəkətdə olan zaman Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılan dəmir lövhələrdən birinin güclü küləyin təsirindən uçaraq onun üzərinə düşməsi nəticəsində ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Azvision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti