Emin Millinin “12 stul” əməliyyatı

Emin Millinin “12 stul” əməliyyatı
  27 Mart 2013    Oxunub:1531
Bloqqer Emin Milli xaricdə yaşayan bir neçə radikal mövqeli tərəfdaşı ilə birlikdə “Meydan TV” adlandırdıqları platformanı yaratmaq üçün Avropada gəzib, pul toplamaqda davam edir. Bu günlərdə özünün “facebook” səhifəsində əsl pultoplama kampaniyası keçirir.

“Mənim adım Ayandır, 14 yaşım var. Ailəmlə birlikdə Almaniyanın Mainz şəhərində yaşayıram. Dünən Meydan TV proyektinə 20 avro pul verdim və bunu edən ən gənc azərbaycanlı oldum. Mən Azərbaycan üçün maraqlı bir TV-nin yaradılmasını dəstəkliyirəm. Bu mənim böyük bir arzumdur.
Mən göstərilən yalanlardan, yaltaqlıqlardan, iyrənc propoqandan yorulmuşam, AzTV, Lider və ANS kimi kanallardan bezmişəm.
Bizim xalq daha yaxşısına layiqdir. Mən buna inanıram!”


Bu qeyd Emin Millinin “facebook” səhifəsində bir neçə gün əvvəl yayınlanıb. Almaniyada yaşayan 14 yaşlı qızın belə düşünməsi və danışması sizə inandırıcı görünürmü? Təbii ki, yox. Bu, bir təbliğat gedişidir, həm də 14 yaşlı uşağın adından istifadə edilməklə.

Ümumiyyətlə, Avropada yaşayan azərbaycanlı soydaşlarımızın radikal tv platforması üçün pul ayırmaları da inandrıcı deyil. Bu, güman ki, bir pərdədir. Həmin layihəyə ayrılan maliyyənin əsl mənbəyini ört-basdır etmək üçün pərdə.

Maliyyənin əslində haradan gəlməsi isə Emin Millinin bu işdəki tərəfdaşı Həbib Müntəzirin fb səhifəsində yazılan bir şərhdən bilinir:

Haji Eldaroğlu: Emin 300 min qrant alıb. Həbib, ondan yaz, zəhmət olmasa!

Haji Eldaroğlu: ...Camaatı nə yerinə qoyub? Guya kişi evini satır. Mahatma Qandidi? Bu, gədəlikdi sadəcə. Almısan pulu, get, işinlə məşğul ol, yoxsa “ev satıram”, nə bilim, şalvar satıram... Bu xalqın Şeyx Nəsrullahı yetərincədi.

Yada salaq ki, bir qədər əvvəl Emin Milli guya Bakıdakı evini 60.000 manata sataraq, bu pulları da “Meydan TV” yaratmağa yönəltdiyi haqda xəbər yaymışdı. Hətta tərəfdaşlarına “kimin nəyi varsa, satsın” çağırışını da ünvanlamışdı. Amma aldığımız informasiya bunun yalan olduğunu təsdiqləyir.

Belə ki, Emin Millinin Bakıda 2 evi var: biri özünün, o biri isə anasının adınadır. Mənzilin biri Cəfərov qardaşları küçəsində, o biri Nərimanov prospektində yerləşir. Emin 2011-ci ildə Böyük Britaniyada təhsil alanda hər iki evi jurnalist Xədicə İsmayıla veribmiş. Xədicə isə evin birini kirayə verib, o birində özü qalırdı.

Yəni Emin Milli əslində evini satmayıb. Həm bu xəbər, həm də Avropanı gəzərək, soydaşlarımızdan pul yığmaq sadəcə, onlara ayrılan qrantı gizlətmək üçündür. Qrantların alınmasının və mənbəyinin gizlədilməsi isə ona görədir ki, yaradılan tv platformanın əsl məqsədi örtülü saxlansın. Üstəlik, əlavə pul kimin cibinə ağırlıq edir ki?..

Emin Milli: Meydan TV üçün iki həftə ərzində 6 000 avro pul yığa bildik. Söz verən çoxdur. Amma hələlik bu günə yığılan pul budur.
6 000 avro avadanlığa çatmadığı üçün kreditlə sifariş vermək məcburiyyətində qaldıq. Bu isə işimizi iki həftə ləngidir. Kompyuterlər yalnız Aprelin 7 gələcək. Amma nəğd pul olsaydı bu məsələ artıq həll olunmuş olardı.

Biz tezliklə efirə çıxmaq istəsək də təəssüf ki, maddi resursumuz buna imkan vermir. Dedim ki, biləsiniz.

Göründüyü kimi, aldığı samballı qranta baxmayaraq, Emin Mili sadə insanlardan pul toplamaqdadır. Başqa sözlə, Ostap Benderlik edir. Dahi kombinator necə deyirdi?.. – “500 manat demokratiyanın atasını xilas edə bilər”.



Teqlər:  





Xəbər lenti