Paşinyan yenə gülüş obyektinə çevrildi - FOTO

 Paşinyan yenə gülüş obyektinə çevrildi -  FOTO
  20 Mart 2021    Oxunub:2582
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Araqaçotn bölgəsinə səfəri zamanı yerli əhali qarşısında çıxışlar edib.
Azvision.az xəbər verir ki, müxalifyönlü saytlar və “Teleqram” kanalları baş nazirin siyasi çıxışlarını dinləmək üçün uşaqların onunla görüşə gətirilməsini gülməli hal kimi qiymətləndiriblər.

Bununla bağlı sosial mediada yayılan bir foto baş naziri gülüş obyektinə çevirib. İddia edilir ki, bölgə rəhbərliyi say çoxluğunu təmin etmək üçün bağça uşaqlarını da məcburi qaydada Paşinyanla görüşə cəlb edib.

Sosial şəbəkələrin erməni seqmentində Ermənistanın baş naziri tənqid olunub.



Tural Tağıyev
Azvision.az


Teqlər: Uşaq   Paşinyan   Görüş  





Xəbər lenti