“AstraZeneca” vaksini müsəlman qaydalarına uyğundur - İddialara cavab

 “AstraZeneca” vaksini müsəlman qaydalarına uyğundur -  İddialara cavab
  21 Mart 2021    Oxunub:3218
“AstraZeneca” peyvəndində donuz mənşəli maddələr yoxdur və vaksin müsəlman qaydalarına uyğundur.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vaksin istehsal edən şirkət məlumat yayıb.

“AstraZeneca”nın İndoneziya üzrə sözçüsü Rizman Abudaeri bildirib ki, peyvəndin istehsal prosesinin bütün mərhələlərində donuz, eyni zamanda digər heyvan məhsullarından istifadə edilməyib.

Qeyd edək ki, İndoneziyanın ən yüksək müsəlman ruhani orqanı olan Üləma Şurası peyvəndin istehsalında donuz pankreasından tripsin istifadə olunduğunu iddia etmişdi.

Azvision.az



Teqlər: AstraZeneca   Müsəlman  





Xəbər lenti