Türkiyədə koronavirusdan ölüm sayı 30 mini keçdi

   Türkiyədə koronavirusdan ölüm sayı 30 mini keçdi
  22 Mart 2021    Oxunub:2077
Türkiyədə son sutka ərzində 102 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 20 min 428 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 13 min 122, pandemiya qurbanlarının sayı isə 30 min 61 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 milyon 825 min 187 pasiyent (son sutkada 17 min 615 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti