Njde yox, Pənahəli xan! - “Yandeks” adları dəyişdi

       Njde yox, Pənahəli xan!    - “Yandeks” adları dəyişdi
  22 Mart 2021    Oxunub:4269
Rusiyanın “Yandex.Maps” axtarış və məlumat kartoqrafik xidməti Şuşa xəritəsini yeniləyərək küçə adlarını erməni dilindən Azərbaycan dilinə dəyişib.
Əvvəllər faşist Qaregin Njdenin adını daşıyan küçə hazırda Qarabağ xanlığının əfsanəvi qurucusu Panahəli xan küçəsi adlanır. Bundan başqa, Kazançetsots küçəsi yenidən köhnə adına - İkinci Dünya Müharibəsi qəhrəmanı Aslan Qaraşarov küçəsinə qaytarılıb.

İndi Aram Manukyan küçəsi Rusiya naviqasiya xidmətinin xəritələrində Atatürk küçəsi, Vararakn küçəsi Sovet İttifaqı Qəhrəmanı, 1960-cı illərdə Azərbaycan SSRİ-nin daxili işlər naziri olmuş Xəlil Məmmədovun şərəfinə adlandırılır.

Həmçinin Şuşanı əhatə edən “Yandex” xəritəsində 20 Yanvar, Üzeyir Hacıbəyov, Mirzə Fətəli Axundov, Fikrət Əmirov və başqa adlar verilmiş küçələrə də rast gəlinir.

Xatırladaq ki, “Yandex.Maps” kartoqrafik xidməti 2004-cü ildə yaradılıb. Xidmət Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə müntəzəm olaraq yenilənən xəritələrdən istifadə edir. Bu xidmət hazırda Rusiyada “Google Maps” və “2GIS”i qabaqlayaraq ən populyar naviqasiya xidməti kimi fəaliyyət göstərir. (Virtualaz.org)

Azvision.az


Teqlər: Şuşa  





Xəbər lenti