İranda terror aktı törədilib, ölənlər var

 İranda terror aktı törədilib,   ölənlər var
  22 Mart 2021    Oxunub:3232
İranın Sistan-Bəlucistan vilayətinin Saravan şəhərində terror aktı törədilib.
Azvision.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, terrorçular Saravan şəhərinin mərkəzi meydanına silahlı hücum edib. SEPAH əsgərləri ilə terrorçular arasında baş vermiş atışma zamanı yoldan keçən 3 nəfər həlak olub. Hadisə yerinə əlavə qüvvələr cəlb edilib. Genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir.

SEPAH hadisənin terror aktı olduğunu bəyan edib.

Azvision.az


Teqlər: İran  





Xəbər lenti