"Ordu siyasi məsələlərdə neytral qalacaq" - Davtyan

 "Ordu siyasi məsələlərdə neytral qalacaq" -  Davtyan
  22 Mart 2021    Oxunub:3037
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi Artak Davtyan Silahlı Qüvvələrin siyasi məsələlərdə neytral qalacağını bildirib.

Azvision.az bu barədə “Sputnik Ermənistan”a istinadla xəbər verir.
O, bildirib ki, Silahlı Qüvvələr Ermənistanın təhlükəsizlik sistemini yenidən qiymətləndirmək və gücləndirmək, xarici təhdidləri təsirsiz hala gətirmək üçün qarşılarına qoyulan vəzifələri icra etməyə davam edirlər.

"Silahlı Qüvvələrin rəhbərliyi tərəfindən məlum açıqlamadan sonra (baş nazir Paşinyanın istefasını tələb edən - Red) vəziyyət həll edildi və mövcud fikir ayrılıqları qanuni müstəviyə keçdi. Ermənistan Silahlı Qüvvələri konstitusiyaya görə hökumətə tabedir və mülki nəzarət altında olmaqla, yalnız Ermənistanın təhlükəsizliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin etmək öhdəliklərini rəhbər tutaraq siyasi məsələlərdə bitərəf qalacaq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArtakDavtyan  





Xəbər lenti