Avropa İttifaqı 11 şəxsi "qara siyahı"ya saldı

Avropa İttifaqı 11 şəxsi "qara siyahı"ya saldı
  22 Mart 2021    Oxunub:2499
Avropa İttifaqının 27 üzv dövlətinin xarici işlər nazirləri insan haqlarının pozuntularına görə 11 şəxsə qarşı yeni sanksiyaları təsdiqləyib.
Azvision.az "TASS"a istinadla xəbər verir ki, onların arasında Rusiya və Çin vətəndaşları da var.

“Qara siyahı təsdiqləndi. Buraya Rusiya, Çin və Liviya vətəndaşları da daxil olmaqla 11 nəfərin adı salınıb", - məlumatda vurğulanıb.

Qeyd edilib ki, sanksiyaların tətbiq olunduğu şəxslərin adlarını tezliklə Aİ rəsmi olaraq dərc edəcək. Onların hamısının Aİ-yə girişi qadağan ediləcək və quruma üzv ölkələrdəki bank hesabları dondurulacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Avropaİttifaqı  





Xəbər lenti