Ramiz Mehdiyevin səhhətində problem var? - AÇIQLAMA

   Ramiz Mehdiyevin səhhətində problem var? -    AÇIQLAMA
  22 Mart 2021    Oxunub:5989
“19-20 mart tarixlərində bəzi saytlarda AMEA prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində guya ciddi problemlərin yarandığına, vəziyyətinin pisləşdiyinə dair həqiqətə uyğun olmayan xəbər yayılıb”.
Azvision.az xəbər verir ki, bu barədə AMEA-nın Mətbuat xidmətinin açıqlamasında bildirilib.

“İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu informasiyanın heç bir əsası yoxdur, akademik Ramiz Mehdiyev özünü kifayət qədər yaxşı hiss edir.

Mətbuat sahəsində çalışan həmkarlarımızı jurnalist etikasının qaydalarına riayət etməyə çağırır, cəmiyyəti yalan məlumatlarla çaşdırmamağı xahiş edirik.

Həmçinin, xatırlatmaq istəyirik ki, saxta məlumatları tirajlayanlar peşəkar olmadıqlarını nümayiş etdirir, insanlarda özləri haqqında qeyri-ciddi təəssürat yaradırlar”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: RamizMehdiyev  





Xəbər lenti