Ermənistanda bir gündə 24 nəfər virusdan öldü

  23 Mart 2021    Oxunub : 1001
   Ermənistanda bir gündə 24 nəfər virusdan öldü
Ermənistanda son sutka ərzində daha 801 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 185 020 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 24 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3384-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 862 nəfərdir. Aktiv xəstələrin sayı 11 602 nəfər təşkil edir.

Azvision.az

Teqlər: Ermənistan   Koronavirus