Ermənistanda daha bir heykəl oğurlandı

   Ermənistanda daha bir heykəl oğurlandı
  23 Mart 2021    Oxunub:1845
Ermənistanda heykəl oğruları artıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni saytları məlumat yayıblar. Qeyd edilir ki, Armen Arustamyanın sosial şəbəkələrdə çəkib paylaşdığı növbəti vandalizm hadisəsi son bir ayda ikinci arzuolunmaz haldır:

"Hər dəfə “İrəvanda vandalizm”, “Filan abidə oğurlandı” yazılarını görəndə, qəzəblənirik. Budur, abidələrin oğurlanması ilə bağlı növbəti hadisə. Eyni vandalizm hərəkətləri təkrarlanır. Bu dəfə heykəltəraş, Ermənistanın xalq rəssamı Sarqis Baqdasaryanın və memar Cim Torosyanın əsərlərindən biri oğurlandı. Yerjan Komitas adına parkdakı şair Şuşanik Kurdjinyanın heykəli dağıdılaraq aparılıb”.

Xatırladaq ki, martın 15-də naməlum şəxslər İrəvanın 2800 illiyinə həsr olunmuş parkdan heykəl oğurlamışdılar. Parkda qayıqla uşağın təsviri olan bürünc heykəl və inşaat alətləri oğurlanıb. Qeyd edək ki, 2019-cu ilin may ayında həmin heykəl zədələnmişdi. Daha sonra heykəl təmir olunaraq, yenidən parka yerləşdirilib.



Tural Tağıyev
Azvision.az


Teqlər: Heykəl   Oğurluq   Ermənistan  





Xəbər lenti