ABŞ-da 10 nəfərin öldüyü atışma yerindən - FOTOLAR

ABŞ-da 10 nəfərin öldüyü atışma yerindən -  FOTOLAR
  23 Mart 2021    Oxunub:2554
Xəbər verdiyimiz kimi, ABŞ-ın Kolorado ştatındakı Boulder şəhərində yerləşən "King Soopers" supermarketində baş verən atışma nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Azvision.az -ın məlumatına görə, ABŞ prezidentinin belə xüsusi nəzarətə götürdüyü bu dəhşətli kriminal hadisəsinin detalları hələlik açıqlanmır. Yalnız o bəllidir ki, atışma qurbanlarından biri hadisədən bir neçə dəqiqə sonra çağırış əsasında əraziyə gələn 51 yaşlı polis Erik Tallidir.

Prokurorluq insanlara atəş açdığı iddia edilən şəxsin saxlanıldığını və ona qarşı istintaq hərəkətlərinin başlandığını bildirib. Hadisə yerində olan jurnalistlər isə polisin qandallı şəkildə çılpaq gövdəli və qanlı ayağı olan bir adamı binadan necə çıxardığını gördüyünü yazıblar. ABŞ gündəminə çevrilən bu dəhşətli hadisənin baş verdiyi yerdən olan fotoları təqdim edirik.















Tural Tağıyev
Azvision.az


Teqlər: Atışma   ABŞ  





Xəbər lenti