Gündəlik yoluxma sayı 1300-ü keçdi, 18 nəfər vəfat etdi

 Gündəlik yoluxma sayı 1300-ü keçdi,  18 nəfər vəfat etdi
  23 Mart 2021    Oxunub:3857
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1333 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 248307 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 233356 nəfər müalicə olunaraq sağalıb, 3384 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 11567 nəfərdir.

Ölkədə son sutka ərzində 8517, hazırkı dövrədək isə 2 790 980 test aparılıb.



Azvision.az


Teqlər: Koronavirus   Yoluxma  





Xəbər lenti