ABŞ Prezidentinin keçmiş köməkçisi: “Bayden Putinlə bağlı açıqlamalarında daha diplomatik olmalı idi” - EKSKLÜZİV

  ABŞ Prezidentinin keçmiş köməkçisi:  “Bayden Putinlə bağlı açıqlamalarında daha diplomatik olmalı idi” -   EKSKLÜZİV
  24 Mart 2021    Oxunub:7460
ABŞ Prezidenti Cozef Bayden martın 18-də ABC News televiziya kanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putini "qatil" adlandıraraq iki ölkə arasında böyük qalmaqala səbəb olub. Putin isə ittihamlara cavab olaraq Baydenə cansağlığı diləyib, ona ABŞ tarixini xatırladıb və həmkarını canlı efirdə dialoqa dəvət edib.

Bayden niyə münasibətlərin açıq şəkildə kəskinləşməsinə doğru addım atdı və bu, ikitərəfli münasibətlər üçün nə deməkdir?

Bu barədə Azvision.az -a Stanford Beynəlxalq Araşdırmalar İnstitutunun əməkdaşı, ABŞ-ın keçmiş Prezidenti Bill Klintonun sabiq xüsusi köməkçisi Stiven Payfer açıqlama verib.
Onun sözlərinə görə, Prezident Bayden Putinlə bağlı açıqlamalarında daha diplomatik olmalı idi.

"Eyni zamanda, Baden iki ölkə arasında düşmənçilik münasibətlərini birgə həll etmək üçün təhlükəsizlik sahəsində Moskva ilə birlikdə çalışmağa hazır olduğunu açıq şəkildə bildirdi. Beləliklə, o, yeni SHS-3 (Strateji Hücum Silahları) müqaviləsinin uzadılması üçün tez bir zamanda razılaşdı. İnanıram ki, Bayden ABŞ-Rusiya münasibətlərindəki ciddi məsələlər barədə ictimai müzakirə platformasında deyil, təkbətək danışmağa hazır olacaq. Ancaq bu fikri bütün Amerika elitasına aid etmək olmaz. Konqresdəki bir çox respublikaçıya nəzər salın. Bu insanlar Putinlə danışmağın vaxt itkisi olduğuna və ABŞ siyasətinin yalnız sanksiyalara yönəlməsinə, Rusiyaya qarşı müqavimət göstərilməsinə inanırlar. Baydenin bu açıqlaması təbii olaraq Putinin xoşuna gəlməz. Ancaq yəqin ki, bu epizod çox yaxında unudulacaq. Bəlkə də Rusiya Prezidenti onu heç vaxt heç bir şeyə görə tənqid etməyən Donald Trampın siyasətinə öyrəşib. Putin çox güman ki, ikitərəfli münasibətləri yaxşılaşdırmağın Rusiyanın maraqlarına uyğun olduğunu görəndə onu həll etmək istəyir. Üstəlik Tramp ilə onun münasibətləri necə xatırlanır? Onlar ABŞ-Rusiya münasibətlərinə yaxşı bir şey gətirmədilər. SHS-3 (Strateji Hücum Silahları) müqaviləsinin uzadılması ilə Putin Baydenlə iki həftə ərzində Tramp ilə dörd ildə qazandığından daha çox şey əldə etdi",- deyə ABŞ prezidentinin sabiq köməkçisi bildirib.

Seymur Məmmədov
Təcrümə: Şahanə Rəhimli

Azvision.az


Teqlər: ABŞ   Rusiya   Bayden  





Xəbər lenti