“Millətimiz necə arzu edirsə, elə konstitusiya istəyirik” - Ərdoğan

   “Millətimiz necə arzu edirsə, elə konstitusiya istəyirik” -    Ərdoğan
  24 Mart 2021    Oxunub:2664
Türkiyənin yeni Konstitusiyasının qəbul edilməsi ilə bağlı müzakirələr həm tariximizin, həm də müasirləşən dünyanın qəbul etdiyi şərtlər çərçivəsində tələb olunan reallıqdır.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeddinci qurultayında deyib.

"Millətimiz necə Konstitusiya arzu edirsə, biz də elə bir Konstitusiya istəyirik. Yeni Konstitusiya çevriliş tərəfdarlarının deyil, sözün əsl mənasında, millətin Konstitusiyası olmalıdır", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, “Cümhur İttifaqı”nda yer alan AKP və Milliyyətçi Hərəkat Partiyası (MHP) Türkiyənin yeni Konstitusiyasının qəbul olunması barədə razılığa gəliblər.

Ölkə qanunvericiliyinə əsasən, yeni Konstitusiya ümumxalq səsverməsi - referendum yolu ilə qəbul ediləcək.

Azvision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti