Ermənistanda acınacaqlı vəziyyət: Reanimasiya şöbələrində yer qalmayıb

  Ermənistanda acınacaqlı vəziyyət:  Reanimasiya şöbələrində yer qalmayıb
  25 Mart 2021    Oxunub:4846
Ermənistanda koronavirus infeksiyasına gündəlik yoluxma hallarının artması ilə əlaqədar olaraq, tibb mərkəzlərinin reanimasiya şöbələrində demək olar ki, yer yoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda 63 nəfər süni tənəffüs aparatına qoşulub. Eyni zamanda 187 nəfərin vəziyyəti həddindən artıq ağır, 750 nəfərin vəziyyəti isə ağırdır. Reanimasiya şöbələrindəki 262 yerdən 259-u artıq tutulub:

"Yeni və sərt məhdudiyyətlər tətbiq ediləcəyi təqdirdə, bu barədə məlumat veriləcək".

Xatırladaq ki, Ermənistanda gündəlik yoluxma 1000 nəfəri keçib. Son günün statistikasına əsasən, ölkədə 1164 yeni yoluxma halı aşkarlanıb. Pandemiyanın başlanğıcından bəri 3398 nəfər koronavirusdan ölüb, koronaviusa yoluxub, digər xəstəlikdən ölənlərin sayı 865 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Səhiyyə  





Xəbər lenti