Hikmət Hacıyevdən erməni kilsəsinin sökülməsi iddialarına münasibət

   Hikmət Hacıyevdən erməni kilsəsinin sökülməsi iddialarına münasibət
  25 Mart 2021    Oxunub:1929
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair KİV-də yayılan xəbərlərə münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, H.Hacıyev bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.

“2017-ci ildə XİN sözçüsü kimi işləyərkən işğal altında olan, əvvəllər ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda qanunsuz olaraq ibadətgah tikilməsi barədə açıqlama vermişdim. Orada qeyd etmişdim ki, Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhv edildiyi bir vaxtda belə dini abidənin inşası xristianlığın təməl prinsiplərinə ziddir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti