Putin Qarabağda qan tökülməsinin dayandırılmasında vacib rol oynadı - XİN

Putin Qarabağda qan tökülməsinin dayandırılmasında vacib rol oynadı -  XİN
  25 Mart 2021    Oxunub:2002
Rusiya və şəxsən Vladimir Putin sentyabr-noyabr aylarında Dağlıq Qarabağda qan tökülməsinin dayandırılması üçün əsas rol oynadı.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci il üçün xarici siyasət fəaliyyətinə dair icmalında deyilir.
“9 noyabrda (10 noyabr – red.) Rusiya, Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin əldə edilməsi və bütün hərbi əməliyyatların dayandırılması barədə bəyanat qəbul etdilər. Tərəflərin təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingenti yerləşdirilib və Beynəlxalq Humanitar Reaksiya Mərkəzi yaradılıb. Rusiyanın fəal köməyi ilə humanitar ehtiyaclar, qaçqınların qaytarılması, hərbi əsirlərin mübadiləsi və dinc həyat qurulması ilə əlaqəli məsələlər həll edilib. Nəticədə, Dağlıq Qarabağ və ətraf bölgələrdə vəziyyət sabitləşib və bu, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üçün işə başlamağa imkan verib", - deyə XİN-in açıqlamasında qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti