İran İsrail gəmisini raketlə vurdu

   İran İsrail gəmisini raketlə vurdu
  26 Mart 2021    Oxunub:2183
İran Ərəbistan dənizində İsrailə məxsus konteyner daşıyan yük gəmisinə raket zərbəsi endirib.
Azvision.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

İddia edilir ki, raket "XT Management" şirkətinə aid gəmiyə ziyan vurub. Lakin buna baxmayaraq, gəmi Hindistan istiqamətində yolunu davam etdirib.

"XT Management" şirkətinin rəhbəri Udi Angel hadisə barədə məlumatlı olduğunu bildirib.

İsrail təhlükəsizlik qüvvələri faktla bağlı araşdırma aparır. İranın rəsmi qurumları hadisə barədə hələlik açıqlama verməyib.

Azvision.az


Teqlər: İran   İsrail   Gəmi  





Xəbər lenti