"Avropa ən çox peyvənd istehsal edən qitəyə çevriləcək" - Makron

"Avropa ən çox peyvənd istehsal edən qitəyə çevriləcək" -  Makron
  26 Mart 2021    Oxunub:1486
Avropa yaya kimi ən çox koronavirus peyvəndi istehsal edən qitəyə çevrilməyi planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Avropa Birliyinin onlayn sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. Makron Avropa Birliyi ölkələrində əhalinin peyvəndlənmə kampaniyasında gecikmə olduğunu etiraf edib.

"Avropa kollektiv immunitetini təmin edəcək qədər dozada vaskinlər istehsal edə biləcək. Avropa yeganə qitədir ki, vaksinlə bağlı özünün strategiyası və diplomatiyası var".

Onun sözlərinə görə, peyvənd sahəsində "yeni dünya müharibəsi növü" ortaya çıxıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Peyvənd   Avropa-Birliyi   Makron  





Xəbər lenti