Türkiyə və Çin vaksinlərin siyasiləşdirilməsinə qarşıdır

   Türkiyə və Çin vaksinlərin siyasiləşdirilməsinə qarşıdır
  26 Mart 2021    Oxunub:1925
Çin xarici işlər naziri Van Yi koronavirus əleyhinə peyvəndlərlə bağlı məsələlərin siyasiləşdirilməsinə qarşı çıxdığını bildirib.
Azvision.az xəbər verir ki, o, bu barədə Ankarada türkiyəli həmkarı Mevlut Çavuşoğlu ilə görüşü zamanı bildirib.

"Çin Türkiyəni epidemiyaya qarşı mübarizədə tam qələbə qazanana qədər dəstəkləyəcək"-, deyə nazir qeyd edib. Çin XİN rəhbəri pandemiyaya qarşı birgə mübarizədə ölkəsi ilə Türkiyə arasındakı ənənəvi dostluğun daha da güclənəcəyinə inandığını bildirib.

"Bəzi qüvvələr peyvəndləri siyasiləşdirməyə çalışırlar. Aydın məsələdir ki, bu pandemiyaya qarşı beynəlxalq əməkdaşlığı təşviq etməyəcək".

Çavuşoğlu da öz növbəsində Türkiyə tərəfinin Çin ilə peyvənd sahəsində əməkdaşlığı daha da dərinləşdirməyi yüksək qiymətləndirdiyini deyib. "Türkiyə vaksinlərin siyasiləşdirilməsinə qarşı çıxır və sağlam cəmiyyətin qurulması işində Çin ilə işləməyə hazırdır", - deyə nazir bildirib.

Xatırladaq ki, bundan öncə Çində 80,5 milyondan çox insanın peyvənd edildiyi bildirilib. Eyni zamanda, Çin vaksinlərinin xaricdə istifadə sayı bu ölkə də daxil olmaqla 100 milyonu keçib. Hazırda Türkiyə əhalisini əsasən Çin vaksini olan "CoronaVac" ilə peyvəndləyir. Dünən ölkənin səhiyyə naziri artıq 14 milyondan çox vətəndaşın peyvənd olunduğunu bəyan edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Çin   Vaksin   Ankara  





Xəbər lenti