Paşinyan təhlükəsizlik tədbirlərini gücləndirdi - FOTOLAR

 Paşinyan təhlükəsizlik tədbirlərini gücləndirdi -   FOTOLAR
  26 Mart 2021    Oxunub:2668
Ermənistan baş naziri Nikol Paşinyan hökumət binasına gəlməmişdən əvvəl ərazidə ciddi təhlükəsizlik tədbirlərinin görülməsi diqqət çəkib.
Azvision.az xəbər verir ki, erməni mediasının diqqətindən qaçmayan genişmiqyaslı təhlükəsizlik tədbirlərindən biri də parka xüsusi təlim görmüş itlərin gətirilməsi olub.

"Paşinyanın hökumət binasına gəlməsindən öncə parkda oturan "Daşnaksütyun" funksionerləri saxlanılaraq ərazidən uzaqlaşdırıldılar. Paşinyanın üçüncü hökumət binasına hərəkəti yenə xeyli sayda snayperlərin müşayiəti altında baş tutdu. Görünür, hələ də baş nazir həyatına sui-qəsd riskinin azalmamasından narahatdır"-, deyə xəbərdə qeyd edilir.











Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Snayper  





Xəbər lenti