Türkiyədə yoluxma sayı artır

   Türkiyədə yoluxma sayı artır
  27 Mart 2021    Oxunub:3606
Türkiyədə son sutka ərzində 153 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 29 min 81 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 149 min 94, pandemiya qurbanlarının sayı isə 30 min 772 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 milyon 921 min 37 pasiyent (son sutkada 20 208 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti