ÜST: Pandemiyanın kəskin mərhələsindəyik

      ÜST:    Pandemiyanın kəskin mərhələsindəyik
  27 Mart 2021    Oxunub:2715
Dünyada koronavirus (COVID-19) infeksiyasının yayılmasının kəskin mərhələsi müşahidə olunur.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkhove bildirib.
ÜST rəsmisi pandemiyanın üçüncü dalğası ilə bağlı suala cavab olaraq deyib: “Biz virusun yayılmasında artım əlamətləri görürük. Hələ də pandemiyanın kəskin mərhələsindəyik”.

Qeyd edək ki, dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 126 milyonu ötüb. Bu günədək 2.7 milyondan çox insan dünyasını dəyişib.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti