Qahirədə yaşayış binası çökdü - 5 ölü, 24 yaralı

Qahirədə yaşayış binası çökdü -   5 ölü, 24 yaralı
  27 Mart 2021    Oxunub:2342
Misirin paytaxtı Qahirənin şərqində 10 mərtəbəli yaşayış binası çöküb. Hadisə nəticəsində ən azı 5 nəfər ölüb, 24 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Misirin "Əl-Əhram" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə şənbə günü səhər saatlarında baş verib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Hazırda dağıntılar altında qalanlar axtarılır.

Azvision.az


Teqlər: Qahirə   Misir  





Xəbər lenti