“Böyük dəbilqə”: Daha 2 cüdoçumuz mübarizəyə başlayır

   “Böyük dəbilqə”:    Daha 2 cüdoçumuz mübarizəyə başlayır
  27 Mart 2021    Oxunub:2039
Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə başlayır.
Azvision.az xəbər verir ki, Murad Fətiyev və Zelim Tskayev (hər ikisi 81 kq) qüvvəsini sınayacaq.

Fətiyev 1/16 finalda Din Gemer (İsrail), Tskayev isə Kenni Bedellə (İtaliya) üz-üzə gələcək.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal qazanıb. Böyük Dəbilqəyə martın 28-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.

Azvision.az


Teqlər: Böyük-dəbilqə  





Xəbər lenti