ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı

   ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
  27 Mart 2021    Oxunub:1773
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq ictimaiyyəti yoxsul ölkələrə peyvənd yardımına çağırıb.
Təşkilatın baş direktoru Tedros Qebreyesus bildirib ki, bu ilin birinci rübü başa çatır, lakin 36 ölkə vaksinasiya kampaniyasına başlaya bilmək üçün hələ də COVAX təşəbbüsü çərçivəsində peyvənd gözləyir.

Onun sözlərinə görə, həmin ölkələrdən 16-sı növbəti iki həftə ərzində COVAX tərəfindən peyvəndlə təmin olunacaq. Yerdə qalan 20 ölkə üçün təcili şəkildə 10 milyon doza peyvənd tələb olunur.

T.Qebreyesus bir sıra ölkələrin istehsal olunan əksər peyvənd kontingentini satın alması nəticəsində COVAX təşəbbüsü çərçivəsində peyvənd dozalarının çatdırılmasının çətinləşməsindən şikayətlənib.

Azvision.az


Teqlər: ÜST   Peyvənd  





Xəbər lenti