Pakistanlı bəstəkardan möhtəşəm mahnı: Canım Azərbaycandır! - VİDEO

  27 Mart 2021    Oxunub : 5050
Pakistanlı bəstəkardan möhtəşəm mahnı:    Canım Azərbaycandır! - VİDEO
Pakistanlı bəstəkar Asad Kureyşi ölkəsinin Türkiyə və Azərbaycanla dostluğuna mahnı həsr edib.

“Dil Hai Turkey, Pakistan, Jan Hai Azerbaijan” - “Qəlbim Türkiyə və Pakistandır, canım Azərbaycandır” adlı mahnı qısa müddətdə populyarlıq qazanıb. Bəstəkar mahnıya klip də çəkdirib.


Pakistanın Laxor şəhərində çəkilən klipdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan lideri İlham Əliyev və Pakistanın Baş naziri İmran Xanın görüşlərini əks etdirən kadrlar yer alıb.

"Bu mahnı Pakistan xalqının türk və azərbaycanlı qardaşlarımıza hədiyyəsidir", -deyə bəstəkar bildirib.

Azvision.az

Teqlər: Pakistan   Bəstəkar   Mahnı