Rusiyada partlayış: Türkiyə vətəndaşları yaralandı

 Rusiyada partlayış:  Türkiyə vətəndaşları yaralandı
  27 Mart 2021    Oxunub:1670
Rusiyanın paytaxtı Moskvada 4 Türkiyə vətəndaşı qaz partlaması nəticəsində xəsarət alıb.
Azvision.az xəbər verir ki, bu barədə təcili yardım xidmətinin nümayəndəsi "RİA Novosti"yə bildirib.

Qeyd edilib ki, hadisə paytaxtın qəsəbəsində 7 Türkiyə vətəndaşının yaşadığı yeni tikilməkdə olan üçmərtəbəli evdə baş verib. Partlayış nəticəsində ev tamamilə dağılıb. Axtarış-xilasetmə işləri zamanı 4 nəfər dağıntılar altından çıxarılıb və xəstəxanaya aparılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyin əməkdaşları hadisə yerinə gəlib, Türkiyənin Moskvadakı konsulluğuna xəsarət alanlar barədə məlumat verilib.

Azvision.az


Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti