Myanmada 100-ə yaxın etirazçı öldürüldü - YENİLƏNİB

Myanmada 100-ə yaxın etirazçı öldürüldü -  YENİLƏNİB
  28 Mart 2021    Oxunub:2927
Bu gün Myanmada hərbi rejim əleyhinə keçirilən etiraz aksiyalarında 100-ə yaxın mülki vətəndaş öldürülüb.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Myanmanın Yanqon, Mandalay, Myeik, Vundvin, Meikhtila və Kyaukpadaunq şəhərlərində polis və ordu qüvvələri tərəfindən aksiya iştirakçılarına atəş açılıb.

Ümumilikdə isə fevralın 1-dən başlayan etiraz aksiyalarında ölən şəxslərin sayı 388 nəfərə çatıb.

***
Myanmada son sutka ərzində hərbi xuntaya qarşı etirazların dağıdılması zamanı ən azı 56 nəfər öldürülüb.

Azvision.az xəbər verir ki, bu barədə "Myanmar Now" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, ordu Yanqon, Mandalay, Mieyk, Vundvin, Meythila və Kyaukpadaunq şəhərlərində nümayişçilərə atəş açıb.

Etirazçı Keren Khin bildirib ki, hərbçilər öldürülən nümayişçilərin cəsədlərini götürdüyünə görə, qurbanların dəqiq sayının müəyyənləşdirilməsi mümkün olmayıb.

Etiraz aksiyalarının başladığı gündən indiyə qədər 344 nümayişçinin öldürüldüyü deyilir.

Qeyd edək ki, fevralın 1-də Myanma ordusu ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib və 2020-ci ilin noyabr seçkilərində genişmiqyaslı saxtakarlığın olması ilə əlaqədar ölkə başçısını vəzifəsindən uzaqlaşdırıb. Hərbçilər hakimiyyətin silahlı qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyini bildiriblər. Bununla yanaşı, vitse-prezident Myint Sveni müvəqqəti prezident təyin ediblər.

Azvision.az


Teqlər: Myanma   etiraz  





Xəbər lenti