Millimiz Qətərə məğlub oldu - YENİLƏNİB

 Millimiz Qətərə məğlub oldu -  YENİLƏNİB
  28 Mart 2021    Oxunub:6078
Bu gün Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Qətər yığması ilə üz-üzə gəlib.
Azvision.az verir ki, Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçirilən qarşılaşmada yığmamız 1:2 hesabı ilə məğlub olub.

***
Azərbaycan-Qətər oyunun birinci hissəsi başa çatıb.

Azvision.az xəbər verir ki, ilk hissədən sonra hesab 1:0 millimizin xeyrinə başa çatıb.

Matçın 16-ci dəqiqəsində millimizin hücumçusu Ramil Şeydayev rəqibin qapısına yol tapıb. O, hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

***
Futbol üzrə Azərbaycan və Qətər yığmaları arasında yoldaşlıq görüşü başlayıb.

Azvision.az-ın məlumatına görə, matçın 16-cı dəqiqəsində görüşdə hesab açılıb. Millimizin heyətində Ramil Şeydayev penaltidən fərqlənib.

Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

***
Beynəlxalq yoldaşlıq görüşündə qarşılaşacaq Qətər və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Azvision.az xəbər verir ki, matç Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 18. Elamin, 16. Khoukhi, 15. Al Ravi, 7. Alaaeldin, 23, Al Haj Madibo, 20. Abdulsalam, 4. Vaad, 10. Al Haydos (k), 19. Ali

Azərbaycan: 1. Emil Balayev, 5. Şəhriyar Əliyev, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşqın, 22. Tellur Mütəllimov, 19. Təmkin Xəlilzadə, 16. Aleksey İsayev, 20. İsmayıl İbrahimli, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Azvision.az


Teqlər: Mlilli   Qətər  





Xəbər lenti