“Fiziki cəhətdən geri qaldıq” - De Byazinin məğlubiyyət şərhi

“Fiziki cəhətdən geri qaldıq” -  De Byazinin məğlubiyyət şərhi
  28 Mart 2021    Oxunub:2551
“Portuqaliya oyunu ilə müqayisədə bu gün 10 yeni oyunçuya şans vermişdim. İlk hissə yaxşı çıxış etdik, ancaq fasilədən sonra zəif oynadıq".
Azvision.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Qətərlə yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis komandamızın 1:2 hesablı məğlubiyyətini belə şərh edib: "Fiziki cəhətdən güclü komandaya qarşı oynayırdıq. Bəzi oyunçular inkişaf etməlidir. Meydana buraxdığım yeni futbolçulardan çıxışı ilk hissədə məni qane etdi. Ancaq dediyim kimi, fasilədən sonra oyunumuz alınmadı. Beynəlxlaq səviyyəli oyunlar futbolçular üçün çətin olur. Yeni oyunçuların nəyə qadir olduqları məhz belə oyunlarda üzə çıxır. Onlar bu oyun tempinə hazır olmalıdırlar.

Heç vaxt futbolçularımdan geriyə ötürmə edərək oynamalarını istəməmişəm. Rəqibin pressinqinin qarşısını məharətlə aldıq. Təəssüf ki, boşluqlardan istifadə edə bilmədik. İkinci hissədə fiziki cəhətdən geri qaldığımız göründü”.

Qeyd edək ki, Azərbaycan və Qətər milli komandaları Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda beynəlxalq yoldaşlıq görüşü keçiriblər. Görüş Qətər millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Azvision.az


Teqlər: DeByazi  





Xəbər lenti