BDU-nun dosentləri vəfat edib - FOTO

BDU-nun dosentləri vəfat edib -    FOTO
  28 Mart 2021    Oxunub:3847
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının dosenti Azər Mehdi oğlu Şirinov vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə BDU-nun Facebook səhifəsində məlumat paylaşılıb. 84 yaşında dünyasını dəyişən A.Şirinov 1956-1961-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1973-cü ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 100-dən artıq elmi və publisistik məqalənin, 5 kitabın müəllifidir.



Bundan başqa, Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dosenti Pünhan Mustafa oğlu Əfəndiyev vəfat edib. 83 yaşında dünyasını dəyişən P.Əfəndiyev 1958-1963-cü illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb. 1967-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Geobotanika, bitki morfologiyası, Azərbaycan florası sahəsində elmi-tədqiqat işləri aparıb. 67 elmi məqalənin, 3 metodiki göstəricinin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.




Azvision.az


Teqlər: BDU   Dosent  





Xəbər lenti