Merkelin populyarlığı azalır - SORĞU

Merkelin populyarlığı azalır -  SORĞU
  28 Mart 2021    Oxunub:2745
Almaniyanın hakim Xristian Demokratik İttifaqı (CDU) və Xristian Sosial İttifaqı (CSU) bloku sentyabr ayına təyin edilmiş seçkilər öncəsi potensial seçicilər arasında populyarlığını itirməyə davam edir.

Azvision.az “İnterfax”a istindla xəbər verir ki, bunu “Kantar” şirkətinin keçirdiyi rəy sorğusunun nəticəsi göstərir.
Sorğuya əsasən, kansler Angela Merkelin CDU/CSU blokunu respondentlərin 25% -i dəstəkləyib. Bu, bir həftə əvvələ nisbətən 2% azdır.

Almaniya mətbuatının yazdığına görə, mühafizəkar ittifaqa dəstəyin azalması hökumətin koronavirus pandemiyasına qarşı apardığı mübarizənin effektivsizliyi, virus əleyhinə peyvəndlərin tədarükündə yaranan problemlər, qoruyucu maskaların alınmasındakı qalmaqaldır.

"Ölkədə əhvalın dəyişməsi prosesi gedir”, - CSU lideri, kansler postuna mümkün namizəd olan Markus Zeder bildirib.

O əlavə edib ki, birlik hələ güc və ideyalara sahib olduğunu, tükənmədiyini göstərməlidir. İndi onun yeni başlanğıclara ehtiyacı var.

Eyni zamanda, sorğu “Yaşıllar” partiyasına dəstəyin 1% artdığını, respondentlərin 23% səsini aldığını göstərib və bununla onlar CDU-ya yaxınlaşıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti