Putinə hansı peyvənd vurulub? - “Bunu heç kimə demirəm”

 Putinə hansı peyvənd vurulub? -  “Bunu heç kimə demirəm”
  28 Mart 2021    Oxunub:1739
Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı peyvənddən sonra özündə bir az narahatlıq hiss etdiyini deyib.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, Putin üç gündür idmandan imtina etdiyini bildirib.

Rusiya lideri 23 martda keçirdiyi ilk peyvənd proseduru ilə bağlı nə hiss etdiyi barədə danışarkən "demək olar ki, heç nə”, - cavabını verib.

"Ağrı yox, bir növ narahatlıq hiss etdim. Hər ehtimala qarşı yatarkən (peyvənd günü) masaya bir termometr qoydum. Səhər temperaturu ölçdüm, normal idi", - Putin deyib.

Üç gündür idmanla məşğul olmadığını söyləyən Rusiya Prezidenti koronavirusa qarşı peyvəndin vacibliyini önə çəkib. Onun sözlərinə görə, özünə güvənmək və xəstəliyin ağır nəticələrinin qarşısını almaq üçün peyvənd edilməlidir.

Rusiya Prezidenti ölkəsinin üç peyvəndindən hansı ilə vaksinasiya edildiyini söyləməyib, bunu yalnız həkimlərin bildiyini əlavə edib.

"Üç peyvəndimizdən biri ilə. Həmkarlarımdan bu barədə danışmamalarını xahiş etdim, amma əslində onlara da demirəm, onlar heç bilmirlər. Yalnız mənə bu peyvəndi vuran həkim bilir. Hətta baş nazirin müavini Tatyana Qolikova, "Rospotrebnadzor"un rəhbəri Anna Popova bilmir, mən bunu heç kimə demirəm. Bu, üç peyvənddən biridir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin  





Xəbər lenti