Qobustanda dəhşətli qətl: Kişi arvadının başını kəsdi

 Qobustanda dəhşətli qətl:  Kişi arvadının başını kəsdi
  28 Mart 2021    Oxunub:4069
Qobustan rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 18:00 radələrində Qobustan şəhər sakini Rəsulov Elnur Yarəhməd oğlu ailə münaqişəsi zəminində bıçaqla həyat yoldaşının başını kəsib.

O, üç uşaq anası olan arvadını öldürdükdən sonra bıçaqla özünün qollarını kəsib, qarın nahiyyəsinə xəsarət yetirib. Elnur Rəsulov təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Qobustan   Qətl  





Xəbər lenti