Amsterdamda gərginlik: Etiraz aksiyaları səngimir

   Amsterdamda gərginlik:    Etiraz aksiyaları səngimir
  29 Mart 2021    Oxunub:1791
Niderlandda hökumətin koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərinə qarşı etirazlar davam edir.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Amsterdamdakı Muzey meydanına mindən çox etirazçı toplaşıb. Aksiya iştirakçıları hökumətin qərarını pisləyib, məhdudiyyətlərin aradan qaldırılmasını tələb ediblər.

Əraziyə cəlb olunan polis əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma yaşanıb. Polis aksiyanı dağıtmaq üçün vətəndaşlara qarşı su şırnaqlarından istifadə edib.

Qeyd edək ki, Niderlandda ötən həftə keçirilən aksiyalarda 150-dən çox etirazçı saxlanılıb.

Azvision.az


Teqlər: Niderland   Aksiya  





Xəbər lenti