Koronavirus ilk dəfə necə yayılıb? - ÜST araşdırma nəticələrini açıqladı

  Koronavirus ilk dəfə necə yayılıb?  - ÜST araşdırma nəticələrini açıqladı
  29 Mart 2021    Oxunub:4194
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çinli mütəxəssislərlə birlikdə koronavirusun mənşəyi ilə bağlı aparılan araşdırmanın nəticələrini açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd edilib ki, laboratoriyadan koronavirusun sızması ehtimalı olduqca azdır. Araşdırmaya görə, koronavirusun yarasalardan başqa heyvana, onlardan isə insanlara keçməsi və yayılması ehtimalı yüksəkdir.

Daha əvvəl ÜST-ün ekspert qrupunun rəhbəri Peter Ben Embarek koronavirusun mənşəyini müəyyənləşdirmək üçün Çinin Uhan şəhərinə səfərlə bağlı hesabatın hazırlandığını və sənədin yaxın günlərdə yayımlanacağını demişdi.

Agentlik ÜST-ə üzv ölkələrindən birinin Cenevrədəki diplomatından hesabatın son versiyasını aldığını yazıb.

Tədqiqatçılar koronavirusun ortaya çıxmasına dair dörd ssenarini açıqlayıblar. Onlar virusun ikinci bir heyvan vasitəsilə ötürülmə ehtimalının yüksək olduğu qənaətinə gəliblər. Virusun yarasalardan insanlara birbaşa yoluxması ehtimalını mümkün ssenari olaraq qiymətləndiriblər, lakin virusun qida yolu ilə yayılması az ehtimal olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ÜST  





Xəbər lenti