“Bu, qardaşlıq bağlarımızı daha da möhkəmləndirəcək” - Türkiyə XİN

 “Bu, qardaşlıq bağlarımızı daha da möhkəmləndirəcək” -  Türkiyə XİN
  29 Mart 2021    Oxunub:1466
10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd edilib ki, protokol 1 aprel 2021-ci il tarixindən qüvvəyə minir.

Beləliklə, iki ölkə vətəndaşları Türkiyə və Azərbaycan arasında birbaşa səfərlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi təqdim etməklə həyata keçirə biləcəklər.

“Can Azərbaycanla 1 aprel 2021-ci ildən başlayaraq həyata keçəcək yeni qayda ölkələrimiz arasında “bir millət, iki dövlət” anlayışındakı güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək”, - deyə Türkiyə XİN bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   XİN  





Xəbər lenti