Rusiyada koronavirus: Ölənlərin sayı 98 mini keçdi

 Rusiyada koronavirus:  Ölənlərin sayı 98 mini keçdi
  29 Mart 2021    Oxunub:2033
Rusiyada son sutka ərzində koronavirusa 8711 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 528 543 nəfərə çatıb.

Rusiyada son sutkada 293 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 98 033 nəfərdir. İndiyə qədər 4 146 408 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti