“Növbədənkənar parlament seçkiləri keçirilməyəcək” - Qaribaşvili

 “Növbədənkənar parlament seçkiləri keçirilməyəcək” -  Qaribaşvili
  29 Mart 2021    Oxunub:1156
Gürcüstan hökuməti müxalifətin tələb etdiyi kimi erkən parlament seçkiləri keçirmək niyyətində deyil. Çünki 2020-ci ilin payızında keçirilən səsvermə qanuni sayıldı.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili siyasi böhrandan çıxmaq üçün müxalifətlə aparılan danışıqları şərh edərkən deyib.

"Növbədənkənar parlament seçkiləri keçirilməyəcək. Bu barədə danışmağı bitirdik. Avropa İttifaqı, ABŞ Dövlət Departamenti, Senat, ATƏT/DTİHB və bütün dünya seçkilərin legitimliyini qəbul etdi və bizi təbrik etdilər. Siz hansı seçkilərdən danışırsınız?", - deyə Qaribaşvili vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İrakliQaribaşvili  





Xəbər lenti