Son sutkada 1129 nəfər koronavirusa yoluxdu

 Son sutkada 1129 nəfər koronavirusa yoluxdu
  29 Mart 2021    Oxunub:3604
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1129 yeni yoluxma faktı qeydə alınıb, 349 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 257 330 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 236 500 nəfər müalicə olunaraq sağalıb, 3513 nəfər vəfat edib. aktiv xəstə sayı 17 317 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7630, ötən müddət ərzində isə 2 844 674 test aparılıb.



Azvision.az


Teqlər: Koronavirus   Pandemiya   Yoluxma  





Xəbər lenti