Heydər Əliyev prospektində qəza, hərəkət dayandı - FOTOLAR

 Heydər Əliyev prospektində qəza, hərəkət dayandı -  FOTOLAR
  29 Mart 2021    Oxunub:3011
Heydər Əliyev prospektində baş vermiş ağır yol nəqliyyat hadisəsi səbəbindən “Koroğlu” metrostansiyası istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az-a verilən məlumata görə, bu səbəbdən hazırda “Koroğlu” metrosu istiqamətində kənar yolda, eləcə də Xətai prospektindən və Yusif Səfər küçəsindən Heydər Əliyev prospektinə çıxışda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıqla əlaqədar Heydər Əliyev prospektindən keçən bütün marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.







Azvision.az


Teqlər: BNA   Yol   Qəza  





Xəbər lenti