Vaksinlərin qeyri-bərabər paylanması özünüməhv deməkdir - ÜST

Vaksinlərin qeyri-bərabər paylanması özünüməhv deməkdir -    ÜST
  30 Mart 2021    Oxunub:1448
COVAX qlobal təşəbbüsü çərçivəsində COVID-19-a qarşı peyvənd olunanların sayında zəngin və kasıb ölkələr arasında fərq gündən-günə artır.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Gebreyesus deyib.

Onun sözlərinə görə, vaksinlərin qeyri-bərabər paylanması təkcə mənəvi utanc deyil, həm də iqtisadi və epidemioloji özünüməhv deməkdir.

"Virus yayıldıqca, insanlar ölməyə davam edəcək. Ticarət və səyahət sferaları qeyri-stabil qalacaq, iqtisadiyyatın bərpası isə daha uzun müddətə ləngiyəcək", - deyə ÜST rəhbəri bildirib.

Azvision.az


Teqlər: ÜST   Vaksin  





Xəbər lenti