Kəlbəcərə 80 ton humanitar yük çatdırılıb - Rusiya MN

 Kəlbəcərə 80 ton humanitar yük çatdırılıb -  Rusiya MN
  30 Mart 2021    Oxunub:1308
Rusiya sülhməramlıları Kəlbəcər bölgəsinə 80 ton humanitar yükün çatdırılmasını təmin edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, sosial obyektlərin, yaşayış evlərinin enerji və su təchizatı sistemlərinin bərpası üçün 15 hərbi KAMAZ avtomobili və müşayiətedici nəqliyyat vasitələrindən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin on birinci karvanı Xankəndi-Suqovuşan - Kəlbəcər marşrutu ilə hərəkət edərək 80 ton yükü Kəlbəcər rayonuna çatdırıb. Yük elektrik avadanlıqları, tikinti avadanlığı və materiallarından ibarət olub.

Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə on bir avtomobil karvanı 1600 tondan çox yük daşıyıb.

Qeyd olunub ki, ötən il 9 noyabr (10 noyabr – red.) tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında Azərbaycan tərəfinə yardım göstərilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kəlbəcər  





Xəbər lenti